Mal-material mühasibi

  • Rahat Telecom
  • Elanın qoyulma tarixi: 05.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə Tələblər:

  • Yaş həddi: 25-50;
  • Maliyyə-mühasibatlıq sahəsi üzrə Ali təhsil
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office proqramlarını (Excel, Word), 1C proqramını  yüksək səviyyədə bilməl

İş haqqında məlumat:

  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır.
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır, uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir.
  • Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir. Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir.
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir.
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin edir.
  • Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1C 8.2) bazasına əlavə edir.
  • İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir. Qaimələri, aktları tərtib edir.
  • Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir.
  • Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
  • Müəssisənin kommersiya sirrinin saxlanmasını təmin etməlidir. Müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət edir.
  • Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət edir.

İş şəraiti:

  • AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
  • İş yeri: Dövlət Statistika Komitəsinin yanı
  • Həftə ərzində 5 iş günü,
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı:  700 AZN və üzəri

Qeyd: Vakansiyaya müraciət üçün CV-ləri vakansiyanın adını qeyd etməklə göndərməyiniz xahiş olunur.

Rahat Telecom tərəfindən digər vakansiyalar