Yanğınsöndürən

  • AVT Logistics
  • Elanın qoyulma tarixi: 02.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Abşeron rayonu, Məmmədli qəsəbəsi  

İş təcrübəsi: Analoji sahədə ən azı 5-10 il iş təcrübəsi;

Təhsil: Orta

Yaş həddi: 30-50

Vəzifə öhdəlikləri:

  • Yanğınsöndürən yanğınların qarşısını alır, onlara qarşı mübarizə aparır, yanğının söndürülməsinə səy göstərir, lazım gəldikdə müəssisə əməkdaşlarını və maddi dəyərləri xilas edir;
  • Müəssisədə müxtəlif səbəblərdən törənmiş yanğınlara qarşı dövlət yanğından mühafizə xidməti əməkdaşları gələnə qədər xüsusi avadanlıqdan istifadə edilməklə mübarizə aparır;
  • Yanğın baş verdikdə və ya bədbəxt hadisələr zamanı zərərli maddələrin yayılmasının qarşısının alınmasında və məhdudlaşdırılmasında iştirak edir;
  • Lazım gəldikdə yanğınsöndürən nəqliyyatı idarə edir;
  • Müəssisə üzrə səyyar və stasionar yanğınsöndürmə avadanlıqlarının dövri yoxlamasında yaxından iştirak edərək texniki rəy verilməsini təmin edir;
  • Mütəmadi olaraq praktik yanğınsöndürmə təlimlərinin keçirilməsində və nəzəri təlimlərdə aktiv iştirak edir.

Tələblər: 

  • FHN Dövlət Yanğından Mühafizə xidməti tərəfindən verilmiş yanğınsöndürmə avtomobillərini idarə edilməsi üçün şəhadətnaməyə malik olmalı;
  • Yanğın texniki silah və qəza-xilasetmə avadanlıqları ilə iş üsullarını mükəmməl şəkildə tanımalı və işində tətbiq edə bilməli;
  • Yanğınların söndürülməsi taktikasını və təbii fəlakət (yanğın, qəza) zamanı döyüş hərəkətlərinin aparılmasının əsasları bilməli.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar: 

  • Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
  • Növbəli iş qrafiki;

Müraciət qaydaları: CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Yanğınsöndürən” yazıb göndərməklə müraciət edə bilərsiniz.

Email: [email protected]