Xəzinədar

  • 1st Fitness
  • Elanın qoyulma tarixi: 27.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: 28 may,Vurğun Residence

İş barədə məlumat:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini qəbul etmək
  • Ödənilən vəsaitləri yoxlamaq və düzgün qaydada əməliyyatı həyata keçirmək
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək
  • Kassadan keçən bütün pul vəsaitlərini, sənədləri və qiymətləri izləyib, nəzarətdə saxlamaq və hesabatını aparmaq
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək

Namizədə tələblər:

  • Yaş: 20-35 
  • Azərbaycan və Rus dillərində sərbəst şəkildə danışıq
  • 1C sistemində sərbəst şəkildə işləmək
  • Müvafiq vəzifə üzrə ən azı 2 il təcrübə
  • Komandada işləmə bacarığı
  • Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilmək

İş şərtləri:

  • İş vaxtı: Növbəli qrafik 07:00-15:00  ; 15:00-23:00 (Nahar fasiləsi verilir)
  • İş günü: 6 günlük, həftədə 1 gün istirahət  
  • Əmək haqqı: 600 AZN

Təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Böyük komandanın üzvü olmaq

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xəzinədar” yazaraq email ünvanına göndərmələri xahiş olunur.

1st Fitness tərəfindən digər vakansiyalar