Qeydiyyatçı köməkçisi

  • Point Hotel Baku
  • Elanın qoyulma tarixi: 25.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Təhsil – natamam ali
  • Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – orta, Rus dili  -  orta
  • Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi
  • Mehmanxana sahəsində çalışmış namizədlərə üstünlük veriləcək.
  • Komandada işləmək bacarığı.
  • İşə qarşı məsuliyyətli olmaq.

Vəzifə Öhdəlikləri

  • İstənildiyi zaman qonaq və iş yoldaşlarınıza yardım etmək üçün, masa önündə hər zaman hazır vəziyyətdə olmaq.
  • Qonaq baqajlarını, qrup baqajlarını vaxtında və effektiv şəkildə toplamaq və lazım olan yerə çatdırmaq.
  • Baqaj sayını qonaqlarla dəqiqləşdirmək.
  • Qonaq baqajının ön masaya gətirilməsində köməklik göstərmək. 
  • Qonağı otağına qədər müşayiət etmək, qonaq baqajını otağa yerləşdirmək.
  • Otaq haqqında və qonaq istifadəsi üçün nəzərdə tutulan ləvazimatlar haqqında qonağa məlumat vermək.
  • Faks, məktub, bağlama və gülləri otaq və ofislərə çatdırmaq.
  • Qonaqlara məxsus əşyaları və baqajları təhlükəsiz şəkildə anbarda saxlamaq (əgər qonaq istəyərsə).
  • Oteldən ayrılan qonaqların baqajlarını lobbiyə, daha sonra avtomobilə yerləşdirmək.
  • Lazım olduğunda telefonlara cavab vermək, mesajları qəbul etmək və zəngləri yönləndirmək.
  • İtən və tapılan əşyalar haqqında xəbər vermək.
  • Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək.

İş Şərtləri:

  • Əmək haqqı 400 AZN
  • 6 günlük növbə cədvəlinə uyğun  iş həftəsi.Həftədə bir gün istirahət.
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
  • Nahar yeməyi mehmanxana tərəfindən təmin edilir.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Qeydiyyatçı” mövzusu altında e-mail ünvanına göndərə bilərlər.

Point Hotel Baku tərəfindən digər vakansiyalar