İnşaat üzrə layihə meneceri

  • AZEA Group
  • Elanın qoyulma tarixi: 25.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini işçi layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
  • Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkili, artıq məsrəfə yol verməmək;
  • Layihələrin eskiz və konstruktiv hissəsi ilə ətraflı tanış olub, işi keyfiyyətli və maliyəcəsinə müsbət təsir olan təkliflər verməli.
  • Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin tərtib olunması;

Namizəd üçün tələblər:

  • Yaş həddi: 35-45 yaş;
  • Ali təhsil; (Azərbaycan Memarlıq və İnşaat Universiteti)
  • Qeyd olunan sahədə ən azı 4 il iş təcrübəsi;
  • Tikinti sahəsində qabaqcıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
  • Yenilikçi, qabaqcıl, iş üsullarından istifadə etmək bacarığı;
  • Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, həmçinin tikinti istehsalının texnologiya və təşkilini, sahədə işin aparılması prisniplərini bilmək;
  • MS Office; internet, MS Project proqramlarında işləmə bacarığı;
  • Əmək haqqi: təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnşaat üzrə layihə meneceri” yazaraq mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.      

Email: [email protected]