İşin təsviri
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
- Serverlərin əməliyyat sistemlərinin fəaliyyətinə nəzarət edilməsi, proqram təminatı ilə bağlı yenilənmələrinin həyata keçirilməsi;
- Verilənlər bazası serverlərinin işinə nəzarət edilməsi;
- MS Windows və digər server sistemlərinin quraşdırılması, texniki dəstəyin göstərilməsi;
- Server avadanlıqlarına texniki baxışın keçirilməsi;
- Firewall və VPN serverlərin işinə nəzarət edilməsi;
- Şəbəkə qurğularının və əməliyyat sistemlərinin konfiqurasiyasındakı xətaların düzəldilməsi üzrə işlərin aparılması və aradan qaldırılması;
- Server və server əməliyyat sistemlərinin parametrlərində dəyişikliklərin planlaşdırılması; Serverlərə profilaktik texniki xidmətin həyata keçirilməsi;
- Tənzimlənən parametrlərin sənədləşdirilməsi;
- Şəbəkə cihazlarının (switch, router,) quraşdırılması, qoşulması, işləmə qabiliyyətinin yoxlanılması və işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Şəbəkələrin (LAN, WAN), o cümlədən simsiz şəbəkənin (Wi-Fi) və digər cihazların yerləşdirilməsinin həyata keçirilməsi;
- Daxili intranet (daxili informasiya resursları) sisteminin işləməsinə nəzarət və dayanıqlı işləməsinin təmin edilməsi;
- Planlaşdırılmış (profilaktik) texniki qulluq işlərinin həyata keçirilməsi;
- Şəbəkə cihazlarının əməliyyat sistemləri üzrə ehtiyatların (rezervlərin) yaradılması;
Vəzifə üçün tələblər:
- LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər; (CCNA sertifikatının olması arzuolunandır);
- SAN arxitekturası haqqında biliklər və "storage" qurğularının idarə olunması haqqında biliklər və təcrübə;
- TCP/IP və OSI modeli haqqında dərin biliklər;
- MS Windows Server ƏS, ADDS, DNS, DHCP, GPO və s. funksionallıqları haqqında biliklər; (MCP, MSİTP , MCSA sertifikatlarının olması arzuolunandır);
- Mail Serverin işləmə prinsipləri və idarəetmə təcrübəsi;
- Virtuallaşma sistemləri (Vmware) üzrə biliklər və idarəetmə təcrübəsi;
- Veeam B&R yedəklənmə sistemləri üzrə işləmə bacarığı;
- Firewall sistemləri haqqında biliklər və idarəetmə bacarığı (FortiGate ,Cisco ASA )
Namizəd üçün tələblər:
- IT Administrator sahəsi üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur;
- Uyğun ixtisas üzrə bakalavr dərəcəsi;
- Azərbaycan dili əla; İngilis dili orta;
- Məsuliyyət və dəqiqlik;
- Analiz etmə və operativ qərar vermə qabiliyyəti;
- Detallara fikir vermə bacarığı
İş şəraiti:
- İş qrafiki: 08:00- 17:00/ 5 gün;
- Nahar ilə təmin olunur;
- Tibbi sığorta;
- 20 Yanvar metro stansiyasından servis;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “sistem administratoru” yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Email: [email protected]