Hüquqşünas

  • Spark Consulting
  • Elanın qoyulma tarixi: 13.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya barədə məlumat:

  • Hüquq şirkətinə (“Şirkət”) daxil olan və rəhbərlik tərəfindən həyata keçirilən iş bölgüsünə əsasən hüquqi məsləhət və xidmətlərlə bağlı sifariş və sorğuları təhlil etmək, onların icrasına dair təklif hazırlamaq, müştərilərə peşəkar şifahi hüquqi məsləhət vermək, yazılı hüquqi rəy hazırlayaraq rəhbərliklə razılaşdırdıqdan sonra müştərilə təqdim etmək
  • Şirkətinin daxili sənədləri ilə işləmək, sənədlərin hazırlanmasında bilavasitə iştirak etmək və hüquqi məsləhətlər vermək, işləri sistemləşdirmək və arxivləşdirmək 
  • Şirkət tərəfindən digər təşkilatlara, dövlət orqanlarına göndərilən məktubların tərtib olunması, onların göndərilməsini təmin etmək, şirkətə ünvanlanmış məktublara, sorğulara cavablar hazırlamaq
  • Müqavilə və digər hüquqi əqdlərin (bundan sonra “Müqavilə”) layihələrini hazırlamaq, müştərilər və ya onların qarşı tərəflərinin Müqavilə layihələrini yoxlamaq və onlara rəy vermək, Müqavilələrdən irəli gələn məsələləri Qanunvericilik və Azərbaycan Respublikasının tərəf çıxdığı beynəlxalq müqavilələr (bundan sonra “Qanunvericilik) baxımından təhlil etmək, Müqavilə şərtlərini Qanunvericiliyə uyğunlaşdırmaq, Müqavilələr ilə bağlı yazılı və şifahı danışıqlarda iştirak etmək, Müqavilələrin bağlanılması və hüquqi qeydiyyat olunmasına dəstək vermək
  • Sorğu və tapşırıqlara aid məsələlər ilə bağlı Qanunvericiliyi araşdırmaq və hüquqi rəy bildirmək
  • Rəhbərlik tərəfindən verilmiş digər gündəlik tapşırıqların vaxtdında və dəqiq yerinə yetirilməsini təmin etmək 

Namizədə dair tələblər:

  • Hüquq fakültəsi üzrə minimum bakalavr ali təhsili (maqistr pilləsi üzrə təhsil üstünlük təşkil edir);
  • Hüquq sahəsi üzrə minimum 5 il iş təcrübəsi;
  • Mülki, əmək, maliyyə, inzibati, hüquq, vergi qanunvericiliyi, korporativ hüquq üzrə mükəmməl biliklərə nail olmaq;
  • Azərbaycan və ingilis dillərində sərbəst və səlis danışıq və yazı bacarığı;
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • Ofis proqramlarından (Microsoft Office, Word, Excell, Outlook) sərbəst istifadə etmək qabiliyyəti 
  • Ofis avadanlıqları ilə işləmək bacarığı (printer, skaner və s.) 
  • Təşkilatçılıq və analitik düşüncə bacarığı
  • Sənədlərlə və müştərilərlə iş bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
  • Ünsiyyətcil, stres altında işləmə və komanda şəklində işləmə bacarığı
  • 25-35 yaş kateqoriyasında olan namizədlərə üstünlük verilir.

İş şəraiti və əmək haqqı:

  • Bakı şəhərində yerləşən ofis daxilində iş, zəruri olduqda, Şirkətin müştərilərinin iş yerlərini təşkil edən ofislərdə yerləşmə, müstərilər ilə fiziki görüşlərdə iştirak;
  •  İş qrafiki: Bazar ertəsi – Cümə 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin iş təcrübəsi və şəxsi keyfiyyətlərinə görə müəyyən edilir;
  • Yalnız müsahibəyə dəvət edilən namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə üçün: +994 70 300 13 39

Email:  [email protected]