Baş əczaçı

İşin təsviri

Vəzifə funksiyaları: 

  • İşlədiyi aptekdəki dərmanların qəbuluna cavabdehlik;
  • Aptekdə dərmanların iadəsinə nəzarət;
  • Malların son istifadə tarixinə nəzarət edilməsinə cavabdehlik;
  • Aptekin ilkin mal qalığının yaradılmasına və aptekin gündəlik sifarişlərinin topdansatış anbarlarından təchiz olunmasına nəzarət və təmin etmək;
  • Əczaçılıq qaydalarının pozulması, sanitar-gigiyenik normalara əməl edilməməsi, istehlakçı hüquqlarının pozulması, qanunvericilikdə nəzərdə tutulmuş inzibati və cinayət xarakterli əməllərə görə məsuliyyət daşımaq;
  • Müəssisənin fəaliyyəti barədə statistik və digər hesabatların vaxtında təqdim olunmasına nəzarət;
  • Məhsulun keyfiyyəti ilə əlaqədar bütün geri qaytarılmaların, şikayətlərin və geri çağırılmaların, həmçinin bu zaman aparılan tədqiqatların icmalının aparılması;
  • Aptek işçiləri tərəfindən iş rejiminə əməl olunmasına nəzarət;
  • Aptekin mal qalığını tənzimlənmək, tələbata uyğun olaraq vaxtlı-vaxtında şirkətə sifarişlərin verilməsini təmin etmək;
  • Ona həvalə olunmuş rəflərdəki məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
  • Aptekə alınan malların tərkiblərinə uyğun tələb olunan qaydada qorunub saxlanılması, yerləşdirilməsi üzrə işlərin aparılmasını təşkil etmək və nəzarəti həyata keçirmək;
  • Dərman preparatları barədə müştəriləri dolğun məlumatlandırmaq;
  • Müştərinin sifarişini vaxtında və dəqiq yerinə yetirmək.

Tələblər:

  • Əczaçılıq üzrə tibbi təhsil (Ali və ya orta ixtisas);
  • Müvafiq sahədə 5 il iş təcrübəsi;

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00 (6/7)
  • Əmək haqqı: 700-800 AZN

Əlaqə vasitəsi:

(050) 253 01 52 – Whatsapp 

Maraqlanan şəxslər CV-ni email ünvanına göndərə bilərlər.  

Email:  [email protected]

 

İşəgötürənin reytinqi

Zeytun Pharmaceuticals tərəfindən digər vakansiyalar