Təmizlik Xidmətləri üzrə Əməliyyat Meneceri

İşin təsviri

“ProServe” Support Services Şirkəti Azərbaycanın və Bakının daimi inkişaf layihələri çərçivəsində açılmış olan Ticarət Mərkəzləri, Residence Tower, İş mərkəzləri, yaşayış mərkəzləri, digər qapalı və açıq ərazilərdə təmizlik işləri, inşaatdan sonra təmizlik xidmətləri, katerinq, yemək xidmətləri, mühafizə xidmətləri və texniki xidmətlər təklif etməkdədir.

Vəzifə: Təmizlik Xidmətləri üzrə Əməliyyat Meneceri

Yer: Bakı və bölgələr

Vəzifələr

• Xidmət göstərdiyimiz Flame Towers (AlovQüllələri), Park Bulvar Alış-Veriş Mərkəz, Port Baku və Premium Villalarında və digər layihələrdə şirkətimizin təmizlik xidmətləri əməliyyatlarını icra etmək;
• Şirkətin təmizlik xidməti əməliyyatlarının şirkət hədəf və strategiyalarına uyğun idarə edilməsi və koordinasiyası;
• Yeni layihələrin tapilmasında iştirak etmək və şirkətin təmizlik xidmətlərini qusursuz olaraq təqdim etmək;
• Layihələrlə əlaqədar şirkətin təmizlik əməliyyatları üzrə hesabatların, sənədləşdirmənin gündəlik və nizamlı aparmaq;
• Göstərilən bütün xidmətlərin təyin olunan standartlar çərcivəsində yerinə yetirmək;
• Layihələrlə bağlı təmizlik nəzarəti və yoxlama hesabatlarını hazırlamaq;
• Gərgin və yüksək templi iş mühitinə uyğunlaşmaq qabiliyyəti
• Keyfiyyət sistemlərini tətbiq etmək;
• SƏTƏM (Sağlamlıq, ƏməyinTəhlükəsizliyi və Ətraf Mühit) mövzusuna ciddi əhəmiyyət verilməsi;

Tələblər

• Ali Təhsil;
• Təmizlik xidməti sektorunda ən az 3 il iş təcrübəsi, xüsusən inşaat sektorunda təmizlik işləri, alış-veriş mərkəzi, yaşayış yerləri və biznes mərkəzlərinin təmizliyi sahəsində təcrübə;
• Təmizlik avadanlıqları və yuyucu vasitələrlə tanışlıq və iş təcrübəsi;(Bu sahədə seçilmiş namizədə əlavə təlimlər veriləcəkdir).
• Komanda ilə iş bacarığı;
• Analitik düşüncəli, araşdırmaçı və dinamik;
• Səlis nitq və yazı qabiliyyəti;
• Yüksək təşkilatçılıq və idarə etmə qabiliyyəti;
• 300-500 nəfərlik heyətə rəhbərlik bacarığı;
• Əlavə iş saatlarında işləmək imkanı;
• Türk, Rus dillərini bilməli, İngilis dilini bilmək arzu ediləndir;
• Kompüter proqramları (MS Office və s.) ilə işləmək bacarığı.

Namizədlərdən 3x4 ölçüdə şəkil əlavə olunmuş tərcümeyi halınızı (CV)  [email protected] ünvanına göndərməyinizi və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Təmizlik Xidmətləri üzrə Əməliyyat Meneceri) göstərməyinizi xahiş edirik.

www.proserve.az

Yalnız tərəfimizdən seçilən namizədlər ilə əlaqə yaradılacaqdır.

Maaş yükəskdir.


 

ProServe Support Services tərəfindən digər vakansiyalar