Texniki layihələr üzrə aparıcı mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 12.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Əsas vəzifə və öhdəlikləri:

  • Telekommunikasiya qurğularının təlimatlara uyğun eskiz və işçi layihələrini işləmək
  • Layihə üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasını tərtib etmək;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərini kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirmək;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət etmək;
  • Obyektin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak etmək, lahiyələndirmə üçün tapşırıqları icra etmək, obyektin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişiklikləri etmək;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planını hazırlamaq, layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq və illik hesabatları tərtib etmək.
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin monitorinqinin aparılması;
  • Layihə-smeta sənədlərinin, iş həcmləri və spesifikasiyaların analiz edilməsi; Smeta hazırlanması 
  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçu vərəqəsində qeyd etməklə ölçü işlərinin aparılması;
  • Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq/Dizayn hissəsinin (bölməsinin) işlənib hazırlanması;
  • Şirkətə tələb olunan prezentasiya sənədlərini dizayn görüşünün hazırlanması və toplanması.
  • Sahədə təmir işlərinin icrasına nəzarət
  • Təmir-tikinti işlərinin icrasının layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili
  • Sahədə təmir və quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət
  • Memarlıq və şəhərsalma üzrə konseptual layihələrdə iştirak etmək;
  • Memarlıq üzrə fərqli növ araşdırmalarda iştirak etmək

Kvalifikasiya üzrə tələblər:

  • Müasir tikinti norma və qaydalarını bilməli (AzDTN qaydaları əsasında);
  • İşçi layihə işləmə təcrübəsi olmalı;

Bacarıqlar:

  •  AutoCAD, SketchUp, ArcMap, GİS, Google Earth pro

İş haqqında məlumat:

  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Bakı şəhəri

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Texniki layihələr üzrə aparıcı mütəxəssis” vakansiya adını, CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 12.05.2023. 

Email: [email protected]  

İşəgötürənin reytinqi