Reklam və Marketinq üzrə Mütəxəssis

İşin təsviri

Vəzifələr:

Məktəb direktorunun rəhbərliyi altında məktəbin müsbət imicini dəstəkləmək məqsədi ilə ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətləri və tədbirləri planlaşdırır, onları əlaqələndirir və yerinə yetirir. 

  • Məktəbin çap, yayım və yeni media üzrə reklam kampaniyalarını əlaqələndirir.
  • Azərbaycan və ingilis dillərində olan məktəb kataloqu, təhsil proqramları barədə çap edilmiş məlumatlar və broşuraları kimi məktəbin çap materiallarının hazırlanması, nəşri və yayılmasına köməklik göstərir;
  • Məktəbin vacib məlumatları və tədbirləri barədə xəbər buraxılışlarının yazılması və paylanması işinə köməklik göstərir;
  • Məktəb direktorunun rəhbərliyi altında məktəbin veb-səhifəsi, onun məzmununun, fotoşəkillərin və məlumatların dəyişdiriləmsinə görə cavabdehlik daşıyır;
  • Məlumatları Facebook, LinkedIn, Twitter, məktəbin elektron poçtu və ya birbaşa poçt vasitəsi ilə yayır;
  • Peşəkar fotoqrafçılar ilə fotoçəkilişləri təşkil edir, nəşrlər üçün rəqəmsal fotoqrafçılığı təmin edir, xüsusi tədbirlərin videoçəkilişini yerinə yetirir və məktəb reklam strategiyasını həyata keçirmək məqsədi ilə məktəb jurnalının məzmunu üçün məsləhətlər verir;
  • Məktəbə şagird qəbulu və xarici müəllimlərin işə qəbulu zamanı istifadə etmək üçün məktəbin video reklamının hazırlanmasını təşkil edir;
  • Azərbaycanda digər oxşar məktəblər üzrə təhsil proqramları, təhsil haqları və çap materiallarını araşdırır və məktəb direktorunun təsdiqi üçün xüsusi təkliflər irəli sürür;
  • Məktəb və onun proqramlarının təbliği üçün direktorla bərabər bütün ictimai tədbirlərdə fəal iştirak edir;
  • Məktəb direktoru, ibtidai və orta təhsil üzrə direktorlar və Biznes Menecerlə bərabər növbəti tədris ili üçün şagird qəbulu üzrə materialların və strategiyaların hazırlanmasında iştirak edir;
  • Məktəb tədbirlərində iştirak edərək fotoşəkillər əldə edib, sosial şəbəkələrdə paylaşır.

Pşeəkar tələblər:

Təhsil və təcrübə:

  • Müvafiq ali təhsil, reklam, ictimaiyyətlə əlaqələr üzrə ən azı 2 il iş təcrübəsi; tələb olunan təcrübə üzrə digər əlavə təhsil və ya sertifikatın olması; ictimaiyyətlə əlaqələr, jurnalistika və ya müvafiq sahə üzrə əlavə təhsilin/təcrübənin olması;
  •  Məktəbin ictimaiyyətlə əlaqələr və dövri marketinq məqsədləri üzrə planların hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi bacarığı; 
  • Nəşrlər, yayım, digər mətbu və reklam materiallarının hazırlanması, redaktə edilməsi və yoxlanılması, çap edilməsi işinin səmərəli və müvafiq şəkildə əlaqələndirilməsi bacarığı; 
  • Prioritetlərin müəyyən edilməsi bacarığı; eyni zamanda bir sıra layihələrin idarə edilməsi;
  • İctimaiyyətlə əlaqə vasitələri, məlumatlar və əlaqələrin yaradılması prinsipləri üzrə bilik; 

Fərdlərrarası münasibətlər üzrə bacarıqlar: 

  • Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı.
  • Münaqişələrin həll olunması bacarığı; məxfiliyin saxlanması; başqalarının sözünü kəsmədən dinləmək bacarığı; hislərini cilovlamaq bacarığı: pozitiv komanda ruhu yaratmağa səy göstərmək bacarığı.
  • Xoşagəlməz söhbətlərə və qeybətə yol verməmək, dostcasına davranmaq və düzgün rəftar etmək bacarığı.
  • Cəld və dəqiq işləmək bacarığı.
  • Müxtəlif maneələr və fasilələr olmasına baxmayaraq yaxşı mühakimə yürütmək və işini yaxşı yerinə yetirmək.
  • İclaslara vaxtında gəlmək, cədvəlləri necə idarə etmək və təşkilatçılıq bacarığı.

Dil bacarıqları: 

  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə şifahi və yazılı şəkildə ünsiyyət qurmaq bacarığı; dilin qrammatikası;
  • Rus dili biliyinin üstünlüyü.
  • Qrammatik, orfoqrafik, durğu işarələri qaydaları və lüğət tərkibi üzrə yüksək səviyyədə bilik və bacarıq.

Kompüter və digər bacarıqlar: 

  • Məlumat bazası proqram təminatı, internet proqram təminatı, FileMaker Pro, InDesign, Word, Excel, PowerPoint proqramları üzrə biliklər;
  • Çap və rəqəmsal fotoqrafçılıq sahəsində biliklər, FileMaker Proç İnDesign və digər proqramlar üzrə bilik və bacarıqlar; müxtəlif qrafik effektlər üçün tələb olunan müvafiq peşə təcrübəsi;
  • Məlumat bazası və internet proqram təminatları, e-mail, Word, Excel, PP və digər proqram təminatları üzrə bilik və bacarıq.
  • Fotoqrafçılıq avadanlıqlarının işlənməsi və istifadəsi üzrə bacarıq.

 

Email:  [email protected]

 

European Azerbaijan School tərəfindən digər vakansiyalar