Fiziki Tərbiyə Müəllimi

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • MYP & DP proqramının səmərəli şəkildə həyata keçirilməsini təmin etmək və uyğun, mürəkkəb və hərtərəfli kurikulumu hazırlamaq və həyata keçirmək üçün orta təhsil bölməsinin müdir müavini, IB kurikulum koordinatoru və müəllim həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Şagirdlərin bacarıq və yaş səviyyəsinə uyğunlaşdırmaq üçün dərs planlarını müvafiq şəkildə işləyib hazırlamaq və bütün şagirdləri dərsdə iştiraka təşviq etmək;
  • Şagirdlər üçün təlimdə yüksək gözləntilər müəyyən etmək və özünün sağlam həyat tərzi nümunəsi ilə şagirdlərin sağlamlığı və rifahını təbliğ etmək;
  • Fiziki tərbiyə üzrə komandanın üzvü kimi peşəkar inkişafa dəstək olmaq və daim inkişaf edən kurikuluma öz töhfəsini etmək üçün səmərəli təlim strategiyaları və dərs planlarını komandanın digər üzvləri ilə paylaşmaq;
  • Şagirdlərin öyrənməsini inkişaf etdirən vaxtında və səmərəli əks-əlaqəni təmin etməklə müvafiq qiymətləndirmə tapşırıqları hazırlamaq;
  • Şagirdlər, valideynlər və həmkarları ilə peşəkar şəkildə səmərəli ünsiyyət qurmaq;
  • Müvafiq şəkildə valideyn iclasları, səhər görüşləri və peşəkar inkişaf proqramlarında iştirak etmək;
  • Orta təhsil bölməsinin müdiri və ya müdir müavini tərəfindən müvafiq şəkildə tələb olunan digər vəzifə, tapşırıq və işlərdə köməklik göstərmək. 

Tələblər:

  • Fiziki tərbiyə üzrə ən az bakalavr təhsili;
  • Orta təhsil üzrə ən azı iki illik müəllimlik təcrübəsi; 
  • IB MYP və DP proqramının tədrisi üzrə təcrübənin üstünlüyü;
  • Şagirdlər, həmkarlar və valideynlərlə peşəkar ünsiyyət qurmaq və məktəb icmasının bütün üzvləri ilə güclü əlaqələr yaratmaq bacarığı;
  • Əməkdaşlıq şəraitində işləmək bacarığı;
  • İngilis dili üzrə sertifikat. (Minimum B2)
  • Cinsi - qadın

CV-də aşağıdakı məlumatlar olmalıdır:

  • İddiaçının adı, soyadı;
  • Doğum tarixi;
  • Ali təhsil haqqında ətraflı məlumat;
  • İş təcrübəsi haqqında ətraflı məlumat;
  • İddiaçı barədə zəmanət verə biləcək 2 şəxsin adı və əlaqə nömrələri.

CV-lər namizədin iş təcrübəsinə və göstərilən tələblərə uyğunluğu əsasında seçiləcəkdir. Uğurlu namizədlər fənn bilikləri və bacarıqları üzrə sınaqdan keçiriləcəkdir:  

  1. Müsahibələr;
  2. Fənn və ingilis dili üzrə test;
  3. Pedaqoji esse;
  4. Açıq dərs.

Ərizələrin qəbul qaydaları:

Maraqlanan şəxslər niyyət məktubu və tələblərə uyğun təcrübə və keyfiyyətləri özündə əks etdirən CV-ni elektron poçtuna göndərməlidirlər. Niyyət məktubu olmayan CV-lərə baxılmayacaqdır. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərin hansı vəzifə üzrə verildiyi qeyd edilməlidir. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız seçilmiş namizədlərə müsahibə haqqında məlumat veriləcəkdir.

Sənədlərin təqdim edilməsi üçün son tarix göstərilsə də, daha tez edilən müraciətlər rəğbətlənir və  müvafiq ixtisas üzrə uyğun namizəd tapıldıqdan sonra müsahibə prosesini yekunlaşdırmaq hüququmuz vardır.

Email: [email protected]