İşin təsviri
Vəzifə öhdəlikləri:
- Bakı və Regionlarda bütün portfellər üzrə yeni aksiyaların (requlyar, promo) sifarişə uyğun sistemdə yaradılması, aksiyaların aktiv olduğu müddətdə onların miqdarının artırılması, ortaya çıxan problemlərin araşdırılması və aradan qaldırılması;
- Bakı və Regionlarda yeni satış təmsilcilərin 1C sistemi və agent+ proqramıyla bağlantısı, terminallarında quraşdırılması, sazlanmasını (hər yeni versiya teqdim olunduqda yenilənməsini) həyata keçirir;
- Agent+ proqramıyla 1C proqramının sinxronizasiyası zamanı aralarında məlumatların ötürülməsi ve nəzarətini həyata keçirir;
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir;
- Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır;
- Struktur bölmə rəhbərinin həvalə etdiyi digər işləri yerinə yetirir
- İş saatı həftənin 5 günü 09:00 – 19:00
- İş yeri Əmircan qəsəbəsində yerləşir
- Əmək haqqı 600 – 800 AZN.
Namizədə qarşı tələblər:
- 1 C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı
- Riyazi biliklərin olması
- Əla səviyyədə MS proqramlarında işləmə;
- Azərbaycan, rus dili sərbəst yazışma və danışıq qabiliyyəti
- Problem həll etmə bacarığı.
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Email: [email protected]