Hüquqşünas

İşin təsviri

Tələblər:

  • Ali hüquqi təhsil;
  • Sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Yüksək səviyyədə rus dili biliyi;
  • Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Mükəmməl AR mülki qanunvericilik, mülki və inzibati prosessual qanunvericilik bilikləri;
  • Yüksək yazı və nitq qabiliyyəti.

Öhdəliklər:

  • Müəssisənin işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
  • Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
  • Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsini təmin etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
  • Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
  • Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək.

Əmək şərtləri:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-18:00
  • AR Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat;
  • Əmək haqqı: 2100 AZN nett (əmək haqqı artandır)