Mülki müdafiə və yanğından mühafizə üzrə qərərgah rəisi

  • Elanın qoyulma tarixi: 04.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Mülki müdafiə və yanğından mühafizə sahəsi üzrə tələblərin müvafiq işçi heyətə izah edilməsi işlərinin təşkili;
  • Mülki müdafiə və yanğından mühafizə sahəsi üzrə tələblərin müəyyən edilməsi və müvafiq işlərin təşkil edilməsi
  • Şirkətə məxsus sahələrdə Mülki müdafiə və yanğından mühafizə sahəsi üzrə lazımi sənədləşmələr, Dövlət qurumları ilə əlaqələrin saxlanılması işlərini həyata keçirmək
  • Şirkətə məxsus hasilat sahələrinə vaxtaşırı ezamiyyələrə gedərək və Mülki müdafiə və yanğından mühafizə üzrə mütəxəssislərin işlərini təftiş etmək, zəruri göstərişləri vermək
  • Mülki müdafiə və yanğından mühafizə sahəsi üzrə Şirkətə aid müvafiq şərtlərin müəyyənləşdirilməsi, iş həcmlərinin tərtib edilməsi, zəruri sifarişlərin verilməsini təşkil etmək.
  • Səlahiyyətləri çərçivəsində müvafiq obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə və yanğından mühafizə ilə bağlı tələblərə əməl olunmasının təmin edilməsi, təxliyə planlarının hazırlanması işlərinə rəhbərlik etmək;
  • İş yerində dövrü olaraq səlahiyyətləri çərçivəsində monitorinq keçirilməsinə və çatışmazlıqların aradan qaldırılması üçün SƏTƏM üzrə şöbə müdirinə təkliflər vermək;
  • Şirkətdaxili və şöbədaxili müəyyən olunmuş formalara uyğun olaraq gündəlik, aylıq, illik hesabatların tərtib edilərək SƏTƏM üzrə şöbə müdirinə təqdim edilməsinə nəzarət etmək;
  • Mülki müdafiə və könüllü yanğınsöndürmə dəstələri yaradılması, həmçinin istehsalat sahələri üzrə yanğın təhlükəsilziyinə cavabdeh şəxslər seçilərək aidiyyəti üzrə təkliflərin verilməsi və əmr layihələrini tərtib etmək;
  • Səlahiyyətləri çərçivəsində istehsalat sahələrinin və aparat inzibati binasının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin təşkil edilməsi və yanğın siqnalizasiya sisteminin işləkliyinin mütəmadi olaraq nəzarətdə saxlanılması işlərinə rəhbərlik etmək
  • Müvafiq dövlət orqanı tərəfindən planlaşdırılmış müvafiq yoxlamaların keçirilməsində iştirak edilməsi və uyğunsuzluqlar barədə məlumatın aidiyyəti üzrə təqdim edilməsi işlərinə rəhbərlik etmək
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Dil bilikləri: Azərbaycan dili (səlis)
  • Əməkdaşlıq (ünsiyyət + komanda işi), dürüstlük, məsuliyyət, davamlı inkişaf, məqsədyönlülük, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə, planlaşdırma və təşkil etmə, liderlik, konfliktlərin idaredilməsi bacarıqları.
  • Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini;

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil.
  • Ümumi təcrübə müddəti 5 il, idarəetmə təcrübəsi 3 il.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mülki müdafiə və yanğından mühafizə üzrə qərərgah rəisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Email:  [email protected]

 

tərəfindən digər vakansiyalar