Dağ-mədən mühəndisi

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 03.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İş yeri: Qaradağ ray, Səngəçal qəs,Salyan şossei 47-ci km.
  • Əmək haqqı 700-800 AZN (net) olacaqdır. 
  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
  • İş rejimi - 5 günlük
  • Faydalı qazıntı yataqların istismarına nəzarət edilməsi;
  • Faydalı qazıntı yataqların ümumi fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi, 
  • Faydalı qazıntı yataqların istismar planının hazırlanmasına, planlaşdırılmış müddətlərdə keyfiyyətli məhsulun istehsalına nəzarət edilməsi;
  • Faydalı qazıntı yataqlarda gündəlik istehsalatın, qəbul olunan xammal, mal-materiallar və müxtəlif  ləvazimatların hesabatının hazırlanması, həmçinin həmin hesabatların qəbul edilməsi;
  • Görülən işlərlə bağlı bütün ehtiyatlardan və vəsaitlərdən qənaətlə və səmərəli istifadəsinə nəzarət edilməsi;
  • Mövcud olan avadanlıqlara vaxtı-vaxtında qulluq edilməsinə nəzarət edilməsi; 
  • İşçiləri üçün təhlükəsiz əmək şəraitinin yaradılması və işçilər tərəfindən əməyin təhlükəsizliyi tələblərinə riayət edilməsinin təşkil edilməsi və buna nəzarət edilməsi;
  • İşlərin görülməsi zamanı ətraf mühitin qorunmasına yönəlmiş və dağ-mədən işlərinə dair ölkədə mövcud tələblərə riayət edilməsi;
  • Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
  • Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
  • Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
  • Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi;
  • Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
  • Bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların təqdim edilməsi.
  • Dağ-mədən işlərinin təşkilində və ləğvində iştirak.
  • Uçotların aparılması və lazımi hesabatların hazırlanması.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil;(dağ-mədən mühəndisi üzrə)
  • 1 ildən artıq iş təcrübəsi;
  • İstehsalat müəssisələrində (zavod, fabrik) iş təcrübəsinə üstünlük verilir;
  • Dəqiq, məsuliyyətli və tapşırıqların vaxtlı-vaxtında icrası,
  • Azərbaycan dili mükəmməl bilməlidir. 
  • Sürücülük vəsiqəsi tələb olunur.

 

Email:  [email protected]