UX/UI Dizayner

İşin təsviri

Namizədə tələblər:

  • Figma, FigJam, Miro proqramlarında işləmək bacarığı;
  • UX\UI dizayn üzrə minimum 2 il iş təcrübəsi;
  • UI Kit, Dizayn sistemi ilə işləmə bacarığı;
  • Tamamlanmış layihələrin mövcud olması (portfolio);
  • Tipoqrafiya, rəng, grid üzrə əsas biliklər.

Vəzifə öhdəlikləri:

  • Biznesin tələblərinə, məhsulun mövzusuna, vizyonuna uyğun UX və UI dizaynların yaradılması;
  • Müştəri təcrübəsinin və tələbatlarının araşdırılması;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sisteminin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış dizaynın inkişaf etdirilməsi;
  • Yaradılmış dizayn prototiplərinin potensial istifadəçilərlə test edilməsi, nəticələrin analizi;
  • İnterfeys ekranlarının yaradılması (iOS, Android, Web);
  • Persona (User persona), İstifadəçi yolu xəritəsi (Customer Journey Map), Empatiya xəritəsi (Empathy Map) yaradılması;
  • Müştərilərlə müsahibələrin keçirilməsi və fokus qrupların təşkil olunması;
  • Fərziyyələrin yaradılması və yoxlanması;
  • İnformasiya arxitekturasının (IA) qurulması;
  • İstifadəçi axını (User flow) hazırlanması;
  • Məhsulun işlək prototipinin yaradılması.

İş rejimi və əmək haqqı:

  • İş qrafiki: part time
  • Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcək

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Mövzu hissəsində “UX/UI dizayner” qeyd etməklə göndərmələri xahiş olunur.

Email: [email protected]