Planlama üzrə aparıcı mütəxəssis (istehsalat)

  • Company
  • Elanın qoyulma tarixi: 31.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali, iqtisadi və ya maliyyə təhsili
  • Ən azı 3 il istehsal sektorunda iqtisadçı kimi iş təcrübəsi
  • 1C 8.2 - 8.3 və MS Excel proqramı ilə peşəkar iş
  • Detallara diqqət, məsuliyyət, dəqiqlik
  • Azərbaycan və rus dilləri

Öhdəliklər:

  • İstehsal olunan məhsulların istehsalı və satışı, yeni məhsul növlərinin, qabaqcıl avadanlıq və texnologiyanın işlənib hazırlanması üçün zəruri olan maddi, əmək və maliyyə xərclərinin hesablanması;
  • Müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyətinin iqtisadi təhlili, istehsal ehtiyatlarının aşkarlanması,ekonomik rejimin təmin edilməsi üzrə tədbirlərin araşdırılması, istehsalın rentabelliyinin, məhsulların rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artırılması, istehsal və satış xərclərinin azaldılması, itkilərin və qeyri-məhsuldar məsrəflərin aradan qaldırılması üçün tədbirlər hazırlayır. Həmçinin əlavə istehsalat imkanlarını müəyyən edir.
  • Müəssisənin və onun bölmələrinin istehsal fəaliyyətinin nəticələrinin iqtisadi göstəricilərinin uçotu
  • Vaxtlı-vaxtında dövri maliyyə və analitik hesabatların verilməsi, həmçinin gələcək nəticələrin proqnozlaşdırılması
  • Qiymət formalaşdırılması ilə işləmək, istehsal olunan və istehsalı planlaşdırılan məhsulların maya dəyərinin hesablanması. Büdcələmə.

İş şəraiti:

  • İş qrafiki 5/2, 08.00-17.00
  • Şirkət tərəfindən nahar, korporativ avtobus, məhsul və xidmətlərə endirimlər təqdim edilir
  • İş yeri baş ofis, Şüvəlan qəs.

Xahiş olunur CV-nizi mövzu hissəsində “Planlama üzrə aparıcı mütəxəssis” qeyd edərək göndərəsiniz.

Email: [email protected]