Dərman vasitələrinin qeydiyyatı üzrə mütəxəssis

İşin təsviri

Tələblər:

  • Ali tibb təhsili;
  • Ingilis və rus dillərində mükəmməl ünsiyyət qurma və yazı bacarığı;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Araşdırma aparmaq və analiz etmə qabiliyyəti;
  • Dərman və tibbi ləvazimatlar üzrə 1 ildən artıq iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

  • Alınan dərmanların qeydiyyatı üçün tələb olunan sənədlərin toplanılması;
  • İstehsalçılarla qeydiyyat sənədlərinə dair mütəmadi olaraq danışıqların aparılaması;
  • Ərizə və müraciətləri hazırlayıb Analitik Ekspertiza Mərkəzinə təqdim edilməsi;
  • İlkin ekspertiza zamanı hər hansı sənədin çatışmazlığı/uyğunsuzluğu aşkar olunarsa irad məktubuna cavab verilməsi üçün məktubunun Bir pəncərəyə təqdim edilməsi;
  • İlkin ekspertizanın başlanılması üçün müqavilənin imzalanması, daha sonra AEM tərəfindən verilən hesab-faktura əsasında ödənişin həyata keçirilməsi;
  • İxtisaslaşdırılmış ekspertiza zamanı hər hansı sənədin çatışmazlığı/uyğunsuzluğu aşkar olunarsa irad məktubuna cavab verilməsi üçün istehsalçı ilə danışıqlar və irad məktubunun Bir pəncərəyə təqdim edilməsi;
  • Analitik ekspertizada araşdırılmış problemlərin aradan qaldırması və həll edilməsi;
  • Qeydiyyat vəsiqəsinin alınmasına dair sənədlərin və ödənişin Səhiyyə Nazirliyinə təqdim olunması;
  • Tarif(qiymət) Şurası təşkilatı üçün qiymət müraciətinin hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00
  • Əmək haqqı müsahibə əsasında bilik, təcrübə və iş bacarığına əsasən müəyyən edilir.
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;

 

Email: [email protected]

İşəgötürənin reytinqi