Aparıcı mühasib

  • Superfon
  • Elanın qoyulma tarixi: 25.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
  • Bank və kassa əməliyyatlarının icrası;
  • Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
  • Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
  • Kiçik mühasiblərin işinə nəzarət etmək.

Namizədə tələblər:

  • İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
  • Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
  • Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
  • AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
  • Milli mühasibat uçotu standartlarını bilmək;
  • Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi