Kargüzar

İşin təsviri

İşin təsviri:

  • Daxil olan sənədləri qəbul etmək, qeydiyyata almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
  • Tikinti şöbəsinə aid olan bütün sənədləşmələr haqqında məlumatlı olmaq:
  • Sənədlərin icra müddətinə nəzarət etmək;
  • İcra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;
  • Göndərilən sənədlərin tələb olunan formada, qaydada tərtib edilməsini, göstərilən ünvanların və digər məlumatların düzgünlüyünü, vizaların tam və düzgün toplanmasını yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi geri qaytarmaq;
  • İş günü ərzində yeni daxil olmuş müraciət ərizələrini izləmək, yeni müraciət daxil olduqda onu müvafiq qaydada qeydiyyatdan keçirmək və s. 

Namizədə qarşı tələblər:

  • Ali və ya orta ixtisas təhsili olmalıdır;
  • Minimum 5 il iş təcrübəsi;
  • Kompyuterdə işləmə bacarığı (Ofis proqramları);
  • İşə davamlı, kollektivdə özünü idarəetmə bacarığı, iş təşkilatçılığı.
  • Yaş: 40-55;
  • Cinsi: Qadın.

İş haqqında:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: I-V günlər, 09:00-18:00;
  • Həftədə 2 gün istirahət;
  • Əmək haqqı 500 AZN.

Maraqlanan namizədlər öz CV-lərini başlıqda “Kargüzar” qeyd etməklə göndərə bilərlər.

Email: [email protected]

Ünvan: Şıxov, Salyan şos. 14cü km