İşin təsviri
Əsas tələblər:
- Müvafiq sahədə 1-2 il təcrübə;
- Satış texnikası, biznesin təşkili və idarəedilməsi üzrə ilkin biliklər;
- Müştəri yönümlü olmalı;
- Yaş həddi – 21-35;
- Dil bilikləri – Azərbaycan dili, Rus dili,
- Sərbəst komputer istifadəçisi (MS Office Proqramları)
- Əmək mədəniyyəti, xidməti işgüzar ünsiyyət etikasını bilməli;
- Gülərüz, xoş görünüşlü olmalıdır.
Vəzifə öhdəlikləri:
- Salona gələn müştərilərə ikinci əl avtomobilin tanıtımı və texniki xüsusiyyətlərinin ətraflı izah edilməsi,lazım gəldikdə test-drive təşkil edilməsi;
- Potensial müştərilərin müəyyənləşdirilib cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması və
görüşlərin təyin olunması;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması.
Əmək şəraiti:
- 6 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
İş yeri:
- Bakı şəhəri, Babək pr. 61C
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Satış məsləhətçisi” yazaraq öz şəkilli CV-lərini yollaya bilərlər.
Email: [email protected]