Barmen/Barista

İşin təsviri

Tələblər:

  • Sağlamlıq haqqında arayış
  • COVİD-19 peyvəndinin 3 dozası
  • Fiziki cəhətdən cəld və aktiv
  • Səliqəli və nizam-intizamlı
  • Komandada işləmək istəyi
  • Sadə riyazı və oxuyub-yazmaq bilikləri
  • Azərbaycan dilini bilmək
  • Yaş 18-45

İş axtarırsan, işsizsən və yaxud yeni ixtisas əldə edib fərqli karyera qurmaq arzusundasan? Onda bu fürsəti əldən qaçırma!

ATHEC Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzi işsiz şəxslərin peşə hazırlığının təşkilində Barmen/Barista ixtisası üzrə ödənişsiz təlim proqramlarının keçirilməsini elan edir.

Təlim proqramı DUAL tədris metodikasını əsas götürərək nəzəri biliklərlə yanaşı usta nəzarətində istehsalat təcrübəsinin keçirilməsi komponentlərindən ibarətdir.

Peşə hazırlığı proqramını müvəffəqiyyətlə keçmiş şəxslər işlə təmin edilmə və özünüməşğulluq imkanları əldə edirlər.

Təlim müddətində müdavimlər peşə hazırlığı keçmək üçün zəruri tədris və təcrübə ləvazimatları ilə təmin edilirlər, sertifikatla fərqləndirilirlər, işsiz vətəndaşlar tədris müddəti ərzində sosial müavinət alırlar.

Peşə hazırlığının ümumi tədris müddəti 1.5 aydır.

Müdavimlərin peşə uyğunluğları qiymətləndirilərək onlar müsabiqə yolu ilə seçilirlər.

Namizədlərdən xahiş edirik aşağıdakılar nəzərə alınsınlar:

  • Məşğulluqa cəlb edildikdə AR Əmək Məcəlləsinə əsasən sənədləşmə keçirilir
  • Peşə hazırlığının ümumi tədris müddəti 1.5 aydır.
  • Peşə hazırlığı ərzində müavinətin alınması
  • Peşə hazırlığı ərzində qabaqcıl müəssisələrdə praktika
  • Karyera imkanları
  • Müdavimlərin peşə uyğunluğları qiymətləndirilərək onlar müsabiqə yolu ilə seçilirlər

Tədris qrafiki - həftədə 5 dəfə (4 ak.saat)

Təcrübə zamanı iş qrafiki - tam iş qrafiki

Maaş - razılaşma ilə müəyyənləşir

İşsiz statusu - DOST xidmətində alınır.

Qeydiyyat və əlavə məlumatlar əldə etmək üçün saat 10.00-17.30, Bazar Ertəsi – Şənbə günləri: 0124347877 / 0506610075 (telefon və whatsapp).

Email: [email protected]