Mal-material üzrə mühasib

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 15.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:   

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət etmək;
  • Gündəlik olaraq aparılan mühasibat əməliyyatların müvafiq orderlərə daxil edilməsi;
  • Elektron qaimə, hesab-faktura, üzləşmə və təhvil-təslim aktlarının hazırlanması və şirkətə daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alğı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
  • Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
  • Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
  • Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərini normativ hüquqi aktlara uyğun şəkildə tərtib etmək və mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
  • Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;  

Tələblər:

  • Ali təhsil;
  • ERP –SAP proqramında işləmək bacarığının olması arzuolunandır;
  • İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Excel-də mükəmməl işləmə bacarığı;
  • ACCA F2, F3 arzuolunandır;
  • Dil bilikləri: Rus dili (vendorların rus olduğunu nəzərə alaraq rus dilini yüksək səviyyədə bilən namizədlərə üstünlük veriləcək), İngilis dili bilikləri (arzu olunandır).

Xüsusi bacarıqlar:

  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət qurmaq qabiliyyəti;
  •  Düzgün analiz edə bilmə bacarığı;
  • Analitik və tənqidi düşünmə bacarığı;
  • Detallara diqqət yetirə bilmək

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük
  • İş saatı:  09:00 – 18:00
  • Tibbi sığorta
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Mal-material üzrə mühasib” yazıb elektron poçt ünvanına göndərin.

Email: [email protected]