İT üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat: 

  • Baş ofis və  filiallar arasında informasiya axını sisteminin düzgün və təhlükəsiz qurulmasını təmin etmək;
  • Kompyuterlərə nəzarət və problemlərin həlli;
  • İT avadanlıqlarının (Hardware) quraşdırılması və avadanlıqlarda yaranan problemlərin həlli;
  • Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək;
  • Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq;
  • Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması; 
  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək;
  • Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq;
  • Baş ofis və filiallarda yerləşən texniki vasitələrin və şəbəkənin düzgün qurulmasını və xidmətə yararlılığını təmin etmək;
  • Baş ofis və filialların işçilərinə iş prosesində müvafiq ofis proqramlarından istifadə etməkdə texniki yardım göstərmək və işçilərə təlimlər keçmək.

Namizədə tələblər:

  • Ali təhsil (informasiya texnologiyaları, kompüter mühəndisliyi istiqamətində);
  • Minimum 3 il iş təcrübəsi (analoji sahə üzrə);
  • Verilən tapşırıqları tez bir zamanda yerinə yetirmə bacarığı;
  • SQL ilə toplu əməliyyatların icrası, raporların, prosedur və sorğuların yazılması;
  • ERP proqramları ilə iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərində yüksək səviyyədə işləmək bacarığı;
  • Problemləri düzgün analiz etmək bacarığı;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • İşində məsuliyyətli, diqqətli və operativ olmaq.

Əmək Şəraiti:

  • Əmək haqqı: 1500-2000 AZN
  • İş rejimi: Həftənin 5 günü;
  • İş saatı: 09:00-dan 18:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə [email protected]  elektron ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi: 055-500-91-00 

İşəgötürənin reytinqi

OMİD Mağazalar şəbəkəsi tərəfindən digər vakansiyalar