Logistic specialist

  • Zeta Group
  • Elanın qoyulma tarixi: 10.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Müvafiq sahədə bakalavr dərəcəsi
  • Microsoft Office proqramlarında işləmə bacarığı
  • İngilis və Rus dillərini mükəmməl bilmək
  • Logistika idarəçiliyi sahəsində 3 il təcrübə
  • Problemləri həll etmə bacarıqları
  • Əla ünsiyyət və vaxtın idarə edilməsi bacarıqları

İş öhdəlikləri:

  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyatın planlaşdırılması və sifarişi - İdxal və İxrac əməliyyatlarına nəzarət
  • Sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Müqavilələrin nümunələrə uyğun olaraq hazırlanması
  • Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
  • Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
  • Müqavilə nümunələrinə dəyişiklik verilməsinə dair təkliflər hazırlamaq
  • Kommersiya şərtlərinin formalaşdırılmasında iştirak edilməsi
  • Şöbənin vəzifələrinə aid edilmiş digər funksiyaların icrası
  • Logistika, anbar, nəqliyyat və müştəri xidmətlərini strateji planlarının hazırlanması
  • Təchizatçılar, istehsalçılar, pərakəndə satıcılar və istehlakçılarla əlaqə saxlamaq və danışıqlar aparmaq
  • Keyfiyyət, kəmiyyət, ehtiyat səviyyələri, çatdırılma müddətləri, nəqliyyat xərcləri və səmərəliliyə nəzarət etmək.
  • Kommersiya təkliflərinin və təqdimatlarının hazırlanması

İş şərtləri:

  • İş vaxtı 09:00 - 18:00
  • İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

Maraqlanan şəxslər öz CV formalarını [email protected] e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)

İşəgötürənin reytinqi