Mühafizə rəisi

  • Company
  • Elanın qoyulma tarixi: 10.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Müəssisənin  mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
  • Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
  • Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
  • Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
  • Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
  • Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
  • İstehsal olunan və ya satılan məhsulların qorunması, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirməlidir.
  • Şirkətdə baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
  • Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir.
  • Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir.
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verməlidir.
  • Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.

Tələblər:

  • 30-55 yaş həddi
  • Təhlükəsizlik sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
  • Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
  • İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • Sürücülük vəsiqəsi olmalı
  • Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühafizə” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

Sahə: Kənd Təsərrüfatı

İş yeri: Gəncə ətrafı

Email: [email protected]