Aparıcı mühasib

  • APEX Metal Works
  • Elanın qoyulma tarixi: 04.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
  • Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi
  • Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqaisə olunması
  • Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
  • Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Vergi (ƏDV, Mənfəət, ÖMV və s.), Statistika və DSMF  hesabatların hazırlanması;
  • E-qaimələrin təqdim edilməsi, gələn qaimələrin yoxlanılması və nəzarət olunması;
  • Debitor və kreditor hesablaşmalarının aparılması;
  • İnternet banking vasitəsilə ödəniş tapşırıqlarının tərtibi (yerli və xarici), invoysların hazırlanması;
  • Mal-material qiymətlilərin alışı, anbara mədaxili,satışı,yerdəyişməsi, silinməsi, inventarizasiyası, anbara nəzarət, kontragentlərlə qarşılıqlı hesablaşmaya nəzarət və s. işlərin görülməsi
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
  • MS Office və 1C 8.3 proqramlarında müstəqil işləmək bacarığı;
  • Vergi Məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
  • ACCA sertifikatlarının olması üstünlükdür;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Müstəqil qərar verici, məntiqli və dəqiqlik kimi müsbət göstəricilərə malik olması.

Əlavə məlumatlar:

  • Əmək haqqı intervyu əsasında təyin edilir (1200 AZN-dən başlayaraq)
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • Yaş həddi: 25 - 40 yaş
  • İş yeri Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 152 Çinar Plaza

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı Mühasib” yazaraq 31.03.2023- cü il tarixinədək göndərilməsi xahiş olunur.