Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • ISO standartları üzrə daxili sənədləşmənin hazırlanması və qeydiyyatı (sistemin təkmilləşdirilməsi) ;
  • İşlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
  • Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək; müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasında, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasında iştirak etmək;
    Prosesləri, prosedurları, qaydaları müəssisənin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət etmək;
  • Keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili əla, Rus dili yaxşı.
  • Təhsili: ali, ümumi ixtisas təhsilli
  • Yaş həddi : 25-45 yaş
  • İş təcrübəsi: müvafiq sahədə minimum 2-3 il təcrübə
  • Proqram təminatı: MS Office, MS visio

Bilməlidir:

  • İSO 9001:2015 və 19011 standartlarının əsaslarını;
  • Müvafiq normativ sənədlərin hazırlanması, məlumatların toplanması, təhlili, bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsi qaydalarını.

İş qrafiki: həftədə 5 gün, 08:00-17:00

Nəqliyyat və nahar ilə təmin olunur.

Əmək haqqı razılaşma yolu ilə.

Tələblərə cavab verən namizəd mövzu yerinə vakansiyanın adını qeyd etməklə 31.03.2023-cü il tarixinədək CV-sini göndərə bilər.

Email: [email protected]

Marine Technical Solutions tərəfindən digər vakansiyalar