Filial müdiri

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 14.05.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


 
Mol Bulak Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti, kiçik və eyni zamanda uğurlu mikromaliyyə institutu olmuş “İnvest Kredit BOKT” MMC-nin varisidir. Hazırda Şirkətin Azərbaycan Respublikasında 28 filialı fəaliyyət göstərməkdədir. 
             

Vəzifə: Filial müdiri
 
İşəgötürən: Mol Bulak Bank Olmayan Kredit Təşkilatı

Şəhər

Qusar, Zaqatala, Ağsu, Səlyan, Şəmkir, Liman (Lənkəran), Şamaxı, Ağdam, Şirvan, Gədəbəy, Lerik, Boradigah, Bakı

Yaş 27 - 42

Təhsil Ali

İş təcrübəsi 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs Nərgiz İbrahimova

Telefon (012) 488 05 10

E-mail [email protected]

İş barədə məlumat

Yeni açılan filiallara (Qusar, Zaqatala, Ağsu, Səlyan,Liman (Lənkəran),  Biləsuvar, Şəmkir, Şamaxı, Lerik,Boradigah) filial müdiri vakansiyası elan edirik.

Məsuliyyət sahələri:

- Kredit menecerinə etibar olunmuş büronun plan göstəricilərinə nail olma
- Büronun kredit portfelinin keyfiyyətini təmin etmək
- Büroda kredit prosesini təmin etmək
- Büronun kredit işçilərinin peşəkar səriştələrinin artırılması

Məsuliyyət sahələri üzrə öhdəliklər:

Şirkətin plan göstəricilərinin əldə edilməsi:

- Şirkətin plan göstəricilərinə nail olmaq üçün Kredit mütəxəssislərinin əsas fəaliyyətlərini idarə edir
- Göstəricilərin keyfiyyətli artımı məqsədilə kredit prosesilə bağlı bütün daxili prosedurlara riayəti təmin edir
- Şirkətin plan göstəricilərinə nail olmaq üçün kreditlərin məbləğ və müddətlərinə düzəlişlər edir
- Müştərilərin ticarətinin aparılması və idarəsi üzrə onlara zəruri hallarda məsləhətlər təqdim edir

Büronun kredit portfelinin keyfiyyətinin təmin olunması:

- Potensial müştərilərin yenidən kreditləndirilməsi vəziyyətini, verilmiş kreditlərin qaytarıla bilmə vəziyyətlərini təhlil edir
- Büronun kredit portfelinin keyfiyyətinə təsir edən daxili risklərin aşkarlanması məqsədilə büronun kredit işçilərinin kredit fəaliyyətinin müntəzəm təhlilini həyata keçirir
- Müştərilərin kreditləndirilməsində problemli hallara yol verilməməsi və onların həlli istiqamətində sistematik tədbirlər keçirir

Şirkətin kredit prosesinin təmin olunması:

- Kreditlərin nəzərdən keçirilməsi və təsdiq olunması prosesini, büroda ticarət proseslərinin həyata keçirilməsini əlaqələndirir
- Kredit prosesində istifadə olunan Şirkətin bütün prosedur və normativ sənədlərinə Kredit qulluqçuları tərəfindən riayət olunduğunun monitorinqini və nəzarətini həyata keçirir
- Şirkətin əsas göstəricilərinə təsir edən kredit işçiləri tərəfindən kredit prosesi tələblərinin pozulması faktlarını aşkar edir

Şirkətin kredit işçilərinin peşəkarlıq səriştələrinin artırılması:

- Həvalə olunmuş büronun əməkdaşlarının potensialını aşkar edir və səmərəli istifadə edir
- Şirkətin kredit işçilərinin peşəkar imtahanını keçirir və rəhbərlik üçün təhlili hesabat hazırlayır
- Kredit işçilərinin təlim planı hazırlanmasında tövsiyyələr verir
- Kreditləndirmə üzrə bilik və vərdişlərin keyfiyyətli ötürülməsi üçün tədris vəsaitlərinin hazırlanmasında iştirak edir, daxili və/və ya xarici mənbələrin cəlb olunması ilə təlimlər keçirilməsi təşəbbüsü ilə çıxış edir

Namizədə tələblər

İxtisas tələbləri:

- Maliyyə/iqtisad sahəsinə üstünlük verilməklə ali təhsil
- Azı 1 il baş kredit qulluğunda iş təcrübəsi
- Kiçik və ya orta ticarətdə iş təcrübəsinə üstünlük verilir
- Kreditləndirilmə prosesi, normativ sənəd və təlimatları, korporativ prosedur və təlimatların əməli bacarığı
- Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri
- Xidməti ezamiyyətlərə getmə hazırlığı

Peşəkar səriştələr:

- Ümumilikdə bazarın və iqtisadiyyatın müxtəlif sektorlarının region və respublikada inkişaf meylləri haqqındakı məlumatlardan xəbərdar olmaq və onları məqsədəuyğun istifadə etmək
- Azərbaycan və rus dillərində savadlı yazı və şifahi vərdişlərə malik olmaq
- Müştərilərlə uzunmüddətli əlaqələr qurma və onları təsirli şəkildə davam etdirmə qabiliyyəti - Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq
- İdarəetmə səriştələrinə malik olmaq, ağırlığın bölüşdürülməsi, kredit əməkdaşlarının fəaliyyətinin monitorinqi və nəzarətini yerinə yetirmək

Şəxsi səriştələr:

- Nəticəyə istiqamətlənmə
- Liderlik keyfiyyətləri, komanda təşkil etmə səriştələri
- Mükəmməl özü öyrənmə və başqalarını öyrətmə qabiliyyəti
- Analitik düşüncə
- Qəbul edilmiş qərara görə məsuliyyət götürmə bacarığı
- Düzgünlük və əxlaqlılıq

CV-lərinizi göndərərkən mövzuya "Filial müdiri" yazmağı unutmayın. Mövzu qeyd edilməyən CV-lərə baxılmayacaq.

Yalnız kişi namizədlər müraciət edə bilər.