Katibə - Kargüzar

İşin təsviri

Namizədə Tələblər:

  • Təhsil dərəcəsi: Ali və ya orta ixtisas təhsili
  • Yaş həddi: 25-35
  • Xanım namizəd tələb olunur
  • Təcrübə: 3-5 ilə qədər
  • Rus və ingilis dili biliyi arzuolunandır
  • Microsoft Word, Excell, 1C proqramı üzrə biliklər,
  • Ofis avadanlıqları ilə işləmə bacarığı
  • Diqqətcil, komandada işləmə bacarığı, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı
  • Səliqəli, punktual, gülərüz, xoş görünüşlü olmalı
  • Ünvan: müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Rəhbərliyin işlərini, görüşlərini təşkil etmək,
  • Gündəlik sənədləşmə və ofis daxili işləri yerinə yetirmək,
  • Şirkətə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək,
  • Sənədləşmə prosesində meydana çıxan problemlərin aradan qaldırılmasını təmin etmək, layihə dəyişiklikləri və oxşar sənədlərin kargüzarlıq hissəsinin hazırlanmasını təmin etmək,
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə işlərini həyata keçirmək,
  • Telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, 
  • Təşkilatın rəsmi yazışmalarını, məktublaşmalarını həyata keçirmək,
  • Məktubların tərcüməsini təmin etmək (ehtiyac yaranarsa),
  • Ofis əməkdaşlarının təsərrüfat malları ilə təmin edilməsini həyata keçirmək,
  • Rəhbərliyə çay, kofe, su vermək,
  • Rəhbərliyin iş otağının və iş masasının səliqəsinə və təmizliyinə nəzarət etmək,
  • Qonaqları qarşılamaq, ehtiyac yarandıqda onlara çay, kofe, su vermək.

Əmək haqqı: 500 - 600 manat net

İş qrafiki: 6 günlük.

Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Email: [email protected]