İşin təsviri
Tələblər:
- İqtisadiyyat, İdarəçilik, İnzibatçılıq və ya Maliyyə üzrə Bakalavr və ya Magistr dərəcəsi, layihənin idarə edilməsi üzrə sertifikatlar;
- Microsof Office proqramları biliyi; Yüksək səviyyədə Excell biliyinə üstünlük verilir;
- Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyi;
- 3 ildən artıq Layihə idarəedilməsində və ya uyğun sahədə iş təcrübəsi.
- Tibb sahəsində təcrübə arzuolunandı
- 25-35 yaş
Tələb olunan yetkinliklər:
- Yüksək analitika və detallara diqqətlə yanaşma bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Çoxsaylı tapşırıqlar və məhdud zaman gərginliyi altında işləmə bacarığı;
- Liderlik və komanda idarəçiliyi bacarığı;
- Vaxtın idarə edilməsi;
- Problemlərin həlli bacarığı;
- Qərar vermə bacarığı;
- Müştəri yönümlülük;
- Nəticə yönümlülük;
- Tənqidi düşüncəli olma bacarığı
- Biznes uzaqgörənliyi.
- Mütəmmadi olaraq Azərbaycanın bölgələrinə ezam olunmaq tələb olunur.
Vəzifə və öhdəliklər:
- Layihənin həcmini rəhbərliklə birlikdə müəyyən etmək;
- Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planı hazırlamaq;
- Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri/ kontraktorları düzgün koordinasiya etmək;
- Müvafiq dövlət qurumları ilə layihənin icrasını koordinasiya etmək;
- Layihənin tələb olunan keyfiyyətdə vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;
- İşin həcmini və məqsədlərini bütün layihə tərəfdaşlarını cəlb edərək irəli aparmaq və texniki mümkünlüyü müəyyən etmək;
- Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək;
- Layihənin cədvəlini, proqramını rəhbərliklə birlikdə və eləcə də layihənin fəaliyyətinin təsir edəcəyi digər heyət üzvləri ilə nəzərdən keçirmək; layihə üzrə cədvəli, proqramını tələb olunan formada nəzərdən keçirmək;
- Layihə performansını, həcmini, qrafikini və xərclərini müvafiq sistemlər, vasitələr və texnikalarla ölçmək;
- Ehtiyac olduqda rəhbərliyə hesabat hazırlamaq və məruzə etmək;
- Layihə tərəfdaşları və müştərilər arasında münasibətləri tənzimləmək;
- Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi;
- Üçüncü tərəflərlə/kontraktorlarla münasibətləri yaratmaq və tənzimləmək;
- Bütün layihə məlumatlarının lazımi qaydada sənədləşməsinə və təhlükəsizliyinə əmin olmaq üçün fayl sisteminin qurulması;
- Layihə haqqında rəhbərlik üçün hesabat yazmaq;
- Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək.