Proqramçı (Sharepoint Mütəxəssisi)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 08.05.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PROQRAMÇI  (SHAREPOINT MÜTƏXƏSSİSİ)         

Tələblər:
 
- Kompyuter mühəndisliyi, proqramçılıq və ya buna bənzər sahələrdə ali təhsilli,
- Object  Oriented proqramlama texnikalarını istifadə edə bilən, veb əsaslı tətbiqlərin inkişaf etdirilməsi sahəsində təcrübəli olan,
- .NET Framework, C#, ADO.NET texnologiyaları sahəsində təcrübəli,
- Yaxşı səviyyədə SQL  Server və Oracle təcrübəsi olan,
- LOGO Unity və SAP sistemləri barədə təcrübəsi olanlara üstünlük veriləcəkdir,
- Analitik düşünmə bacarığı olmalı,
- Sharepoint iş proseslərini bilən namizədlərə üstünlük veriləcək;
- Yaxşı səvəyyədə İngilis dili biliyi tələb olunur.
 
İş haqqında məlumat:          
 
- Mövcud proqram təminatlarının dəstəklənməsi;
- Programların hazırlanması zamanı ortaya çıxan problemlərin həlli;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi;
- Yeni layihələrin hazırlanmasında iştirak etməsi.
- Şirkət networkunda istifadə olunan SharePoint, OCS, Microsoft Office kimi  məhsulların üzərində və onlarla birlikdə çalışan tətbiqlərin texnik analizi, inkişaf olunması üzərində çalışacaq.
 
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə "Proqramçı (Sharepoint Mütəxəssisi)" yazaraq
[email protected]  ünvanına göndərmələri xahiş olunur.
 

İşəgötürənin reytinqi