Tibb bacısı (pediatriya təcrübəli)

İşin təsviri

Namizədə tələblər:

  • Qeydiyyatdan keçmiş tibb bacısı sertifikasiyası;
  • Minimum üç illik tibb bacısı təcrübəsi, tibbi müayinə, pediatriya və məktəb sağlamlığı təcrübəsi;
  • Azərbaycan dili üzrə mükəmməl danışıq və yazma qabiliyyəti;
  • İngilis və Rus dillərində yaxşı səviyyədə danışıq və yazma qabiliyyəti;
  • MS Office və Windows proqram paketlərindən istifadə təcrübəsi;
  • Mükəmməl ünsiyyət bacarıqları və müxtəlif yaş qrupuna aid uşaqlar, yeniyetmələr, ailə üzvləri, müəllimlər və inzibatçılarla səmərəli ünsiyyət qurmaq bacarığı.
  • Tibbi sirr saxlamaq səriştəsi

Öhdəliklər:

  • Tibbi sənədlərin tərtibi
  • Həkim təyinatlarının dəqiq və vaxtında həyata keçirilməsi
  • Siniqlar, qanaxmalar və yaraların olması zamanı həkimə qədər ilkin tibbi yardımın göstərilməsi
  • Əzələ daxilinə və dərialtına iynə vurulması
  • Müəllim, şagird və həkim arasında əlaqə yaratmaq
  • Dərmanların yararlılığına nəzarət
  • Digər vəzifələr öhdəlikləri.

Əmək haqqı: 794 AZN GROSS

Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (Tibb bacısı pediatriya təcrübəli) qeyd olunmaqla elektron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.

Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. 

Son müraciət tarixi: 15 Mart 2023

Email: [email protected] 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar