Anbar Mühasibi

İşin təsviri

Hacıqabul rayonu Atbulaq Sənaye Məhəlləsində yerləşən “Penoplex Prikavkazye” MMC şirkətinə ( istilik izolyasiya plitələrinin istehsalı zavodu) anbar mühasibi vakansiyasına işçi tələb olunur.

Tələblər:

  • Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
  • Dil bilikləri: Azərbaycan , rus
  • İstehsalat, tikinti və sənaye sahəsində minimum 1 il iş təcrübəsi
  • Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
  • MS Office ( Excell-yüksək səviyyədə), 1C-8,3 versiya
  • Yaş həddi: 23-40
  • Satış və anbar arasındakı koordinasiyasını bilməli
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı

Vəzifə öhdəlikləri:

  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
  • Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
  • Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
  • Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
  • Anbar sayımı və stok nəzarətini həyata keçirmək

İş qrafiki: həftənin 5 günü, iş saatı  9:00-18:00

Ünvan : Hacıqabul rayonu Atbulaq kəndi , Sənaye Məhəlləsi

Email: [email protected]