Ehtiyat hissələri üzrə mütəxəssis (ağır yük avtomobillər və texnikalar üzrə)

  • Şahinoğlu MMC
  • Elanın qoyulma tarixi: 13.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında:

  • Elektron kataloqdan ehtiyat hissələrinin seçilməsi,təchizat şöbəsinə sorğunun göndərilməsi
  • Ehtiyyat hissələri üzrə sifarişlərin hazırlanması
  • Ehtiyat hissələrin tam uyğunluğunun təyin olunması üçün texniki şöbə ilə sıx əməkdaşlığın aparılması
  • Ehtiyat hissələri üzrə analizlərin hazırlanması
  • Şirkət üçün lazım olan mal-material, ehtiyat hissələrinə part nömrələrin yaradılması və sistemə əlavə edilməsi
  • Ağır yük avtomobillər və təmir-tikinti texnikaları üçün nəzərdə tutulmus kataloqlardan istifadə etmək
  • Original kodlarını təin etmək, sifariş sənədlərini yaradıb təchizat şöbəsinə təqdim edilməsi
  • Servis üçün nəzərdə tutulmuş sərfiyyat materialları, digər materiallar və avadanlıqlar üçün sifariş sənədlərinin yaradılması;
  • Sifarişlərin qeydiyatının aparılması və onların bağlanmasına nəzarət edilməsi
  • Ehtiyat hissələri anbarı ilə işləmək
  • Ehtiyat hissələrinin satışını təşkil edilməsi
  • Müştərilərə ehtiyat hissələrin qiymətləri və movcudluğu haqqında məlumatların təqdim edilməsi
  • Rəhbərlik üçün hesabatların hazırlanması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirilməsi

Tələblər:

  • Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi 
  • MS Office (Word, Excel; Outlook) aktiv istifadə etmək bacarığı
  • Xarici dil bilikləri: Texniki (ehtiyat hissələri üzrə) ingilis dili yaxşı səviyyədə; Rus dili arzuolunandır
  • Ağır yük avtomobillərin və texnikaların ehtiyat hissələri haqqında biliklərinin olması
  • Düzgün yazılı və şifahi ünsiyyət qurmaq 

İş qrafiki: 6 günlük iş rejimi. 09:00 - 18:00

Əmək haqqı: razılaşdırma yolu ilə.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını - “Ehtiyat hissələri üzrə mütəxəssis”, qeyd etməklə CV formalarını mail ünvanına göndərə bilərlər. 

Email: [email protected]