İşin təsviri
                
                
                                
                Vəzifəyə olan tələblər:
	- Ali təhsil;
 
	- Müvafiq sahə üzrə iş təcrübəsi;
 
	- Kompüter bilikləri (MS Office, Internet); 
 
	- Mükəmməl səviyyədə türk dili bilikləri.
 
Əsas vəzifələr: 
	- Bankın ehtiyyac duyduğu mal və xidmətlərə dair ehtiyac planının hazırlanmasına nəzarət etmək; 
 
	- Xarici ve daxili bütün satınalmaların həyata keçirilməsinə nəzarət etmək;
 
	- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal qiymətləndirilməsi;
 
	- Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərilməsi;
 
	- Bankın təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı lazımı işlərin görülməsinə nəzarət etmək;
 
	- Fövqəladə hallar planlarını tərtib etmək və bu məsələdə digər strukturlarla əlaqəli çalışmaq;
 
	- Banka məxsus əmlakların mobil və daimi telefon xətləri sisteminin müqavilə, satınalma, nəzarət və s. işlərinin həyata keçirilməsi;
 
	- Əlaqədar strukturlarla koordinasiyalı şəkildə reklam işi və xidmətlərinin hazırlanması, canlı tutulmasının təmin edilməsi;
 
	- Baş Ofis binasının inventarlarının yoxlanılması və inventarizasiyanın aparılması;
 
	- Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi;
 
	- Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin edilməsi;
 
	- Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparılması;
 
	- Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reyestrinin aparılmasını, davamlı olaraq monitorinq olunmasının təmin edilməsi.
 
Göstərilən tələblərə cavab verən namizədlər Mart ayının 30-na qədər  öz CV formalarını elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Dəstək xidmətləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 
Email: [email protected]