Qaynaqçı

İşin təsviri

Tələblər:

  • Sahə üzrə texniki və ya orta texniki təhsil;
  • Yarımavtomat və qaz qaynağı üzrə dərin texniki biliklər;
  • Mexaniki alətləri və electriki cihazları istifadə bacarığı;
  • Qaynaq tikişlərinin növləri və qaynaq olunan metalların mexaniki xüsusiyyətləri üzrə biliklər;
  • Elektrodların növləri və tikişlərin qoyulması texnoloji ardıcıllığı üzrə biliklər

Vəzifələr:

  • Qaynaq olunacaq hissələri müəyyənləşdirmək və qaynaq işlərini həyata keçirmək. 
  • Qaynaq avadanlıqlarını yoxlamaq və sazlığını təmin etmək.
  • Elektrik qaynaq aparatının işləkliyini yoxlamaq, istismara hazırlamaq. 
  • Elektrik xətlərinin sazlığının və elektrod tutucusunun işləkliyini yoxlamaq. 
  • Metalın qalınlığına və tərkibinə uyğun elektrodu seçmək. 
  • Qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq. Düz, üfüqi, şaquli, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq. Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək. 
  • Boru, flyans birləşmələrini, implus xəttlərini, siyirtmələri, kəsilmiş hissələri və digər zəruri avadanlıqları qaynaq çubuğu ilə qaynaq etmək. 
  • Prosedura uyğun olaraq zədələnmiş hissələri təmir etmək. 
  • Kranların köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajı zamanı qaynaq işlərini aparmaq. 
  • Quraşdırma prosesində zədələnmiş və sınmış yerləri aşkar etmək və onları qaynaq vasitəsi ilə aradan qaldırmaq. 
  • Şöbə rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirmək. 
  • Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək. 
  • Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək. 
  • Tabeçiliyində olan avadanlıqlara texniki baxışı həyata keçirmək. 

Vəzifəyə müraciət edən kandidatlardan CV və anket formalarını aşağıdakı e-mail ünvanına gömdərərək email-in mövzu hissəsinə vəzifənin adını qeyd etmələri xahiş olunur: [email protected]

Yalnız vəzifə tələblərinə cavab verən kandidatlarla əlaqə saxlanılacaqdır.