Horeca Supervisor

İşin təsviri

Horeca  Supervisor (Hotel-Restaurant-Cafe)

Namizədə tələblər:

1. Ali təhsil
2. Azərbaycan, Rus, İngilis dillərini yüksək səviyyədə bilməli
3. MS Office proqramları
4. Müstəqil işləmə bacarığı
5. Liderlik, təşkilatçılıq, yüksək komunikativ keyfiyyətlər (müxtəlif insanlarla yüksək səviyyədə ünsiyyət qura bilmə bacarığı, natiqlik qabiliyyəti)
6. Məsuliyyətli, dəqiq, səbirli, müşahidə bacarığı
7. Öz fikrini əsaslandırmaq və inandırmaq bacarığı
8. İşgüzar etiket qaydalarına riayət etməli (şirkəti yüksək səviyyədə təmsil etməli)
9. Bu sahədə 1-3 ildən az olmayaraq iş stajı
10. Avtomobilin olmasına üstünlük verilir (yanacaq şirkət tərəfindən təmin olunur)
11. Yaş 25-30 
12. İş rejimi 09:00-18:00, həftənin 6 günü, istirahət günü - bazar
13. Nahar şirkət tərəfindən ödənilir

Vəzifə funksiyaları:

1. Məhsullar haqqında maksimal məlumata sahib olmalı (hər bir məhsulu tanımalı, onun xassə və keyfiyyətini bilməli)
2. Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması
3. Müştərilərə məhsullar haqqında məlumatın yüksək səviyyədə verilməsi
4. HoReCa sistemində şirkətin məhsullarına dair tələbatın öyrənilməsi, təhlil edilməsi,  təkliflərin verilməsi
5. Bu sistemdə yeni layihələrin hazırlanması və həyata keçirilməsi
6. Müştərilərlə əlaqəli məlumat bazasının yaradılması, müntəzəm yenilənməsi
7. Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi


[email protected]