Sənəd nəzarəti üzrə kiçik mütəxəssis

  • UNICO
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Departament: Kommersiya Departamenti

Hesabat verir: Smeta və Xərclərə Nəzarət üzrə Aparıcı Mühəndis

Xülasə: Bütün növ sənədlərin şirkətdaxili formalara və ya sifarişçinin tələblərinə uyğun hazırlanmasına nəzarət etmək

Vəzifə təlimatı:

  • Müqavilələrin hazırlanması və standartlara uyğun olmasının yoxlanılması;
  • E-mail ünvanına gələn tenderdə iştirak sorğularını dəyərləndirmək və rəhbərliyə məlumat vermək;
  • Müəssisədə sənədlərin arxivləşdirilməsi və ehtiyac olduğu təqdirdə rəhbərliyə aidiyyatı məlumatların təqdim olunması;
  • Əməkdaşlıq edilən şirkətin əməkdaşlarına sənədlərin hazırlanması və müəyyən əməliyyatların həyata keçirilməsində dəstək göstərilməsi;
  • Müəssisədə sənədlərin düzgün idarə edilməsini təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
  • Sənəd mübadiləsinin yerinə yetirilməsi, idarə edilməsi və nəzarətini təmin etmək;
  • Sifarişçi və subpodratçılar daxil olmaqla bütün müvafiq tərəflərdən və tərəflərə sənəd axınının qeydiyyatını və nəzarətini təşkil etmək;
  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrini saxlamaq və arxivləşdirmək;
  • İclas protokollarınını və aktlarını hazırlamaq.

Namizədə tələblər:

  • Ali təhsil – İqtisadi/İnşaat/sahə mühəndisliyi və ya maliyyə üzrə olması mütləqdir;
  • Aidiyyatı sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini əla, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək;
  • MS Office (Word, Excel, PowerPoint) bilikləri;
  • Yüksək kommunikasiya bacarığı;
  • Komandada işləmə bacarığı.

 

https://www.unico.az/az/jobs/s%c9%99n%c9%99d-n%c9%99zar%c9%99tcisi-3/