İşin təsviri
Vəzifə öhdəlikləri:
- Mühasibatlıq uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Daxil olan və xaric olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edilməsi;
- Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Debitor və kreditor hesablaşmalarının aparılması;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
- İnternet-banking üzrə lazımi əməliyyatların və ödənişlərin icra edilməsi;
- Ödəniş əməliyyatları hesablarının əlaqələndirilməsi və hesabların təhlilinin hazırlanması;
- Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
- Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq və təsdiq etmək;
- Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.
Vəzifə üzrə tələblər:
- Mühasibatlıq/Maliyyə sahəsində bakalavr dərəcəsi;
- Sahədə minimum 2 il iş təcrübəsi;
- Emas.sosial.gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı;
- MS Office və 1C 8.3 proqramlarında işləmək bacarığı;
- Online kargüzarlıq və e-qaime portallardan istifadə etmə bacarığı;
- Vergi Məcəlləsi, əmək məcəlləsi, maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi bilməli;
- Elektron hökümət portalı ilə işləmə qabiliyyəti;
- ACCA/CFA sertifikatlarından birinin olması üstünlükdür;
- Səlis Azərbaycan dili biliyi, ingilis və rus dili üstünlükdür;
- Analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
- Müstəqil qərar verici, məntiqli və dəqiqlik kimi müsbət göstəricilərə malik olması.
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək müqaviləsi;
- Əmək haqqı 700 Azn;
- İş qrafiki: I-V günər, saat 09:00-dan 18:00-a qədər;
- İstirahət günü - həftədə 2 gün.
Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib" mövzusu ilə email ünvanına göndərməyiniz xahiş olunur.