Kateqoriya şöbəsinin mütəxəssisi

  • Libraff
  • Elanın qoyulma tarixi: 12.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bazarda olan ofis\dəftərxana ləvazimatları kateqoriyası üzrə məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmalar aparmaq, məhsulları seçmək və müvafiq şirkətlərlə danışıqlar aparmaq;
  • Müxtəlif hesabatlar hazırlamaq, sifariş əsasında satılan və satılmayan məhsulları analiz etmək;
  • Satışları artırmaq üçün marketinq strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək;
  • Mağazalarda müştəri tələbatını davamlı araşdımaq;
  • Dataların vaxtında düzgün şəklində (linklər, mətn, barkodlar, qiymətlər və s.) toplamaq və sistemə vurmaq;
  • Vaxtaşırı anbarda yerli alışların sənədlərinin və qaimələrinin yoxlanılmasını aparmaq, sənədləri qaydasına salmaq;
  • Ümumi dataların düzgünlüyünü yoxlamaq, lazımı düzəlişlər etmək;
  • İş gedişatında bölmə rəhbərinin digər göstərişlərini icra etmək, kateqoriya komandasına dəstək olmaq.

Ümumi tələblər:

  • Ali təhsil;
  • Kateqoriya, satınalma və oxşar sahələrdə iş təcrübəsi;
  • Dəftərxana-ofis ləvazimatları kateqoriyasına məxsus məhsulları yaxşı bilmək və bu sahədə təcrübə üstünlükdür;
  • Microsoft Office proqramlarının yüksək səviyyədə bilmək (xüsusi ilə Excel proqramını);
  • Azərbaycan dilində mükəmməl şifahi və yazı bacarığı, digər dil bacarıqları üstünlükdür; 
  • Aktiv, zəhmətkeş, operativ, işə həvəsli olan namizədlərə üstünlük veriləcək. 

İş yeri, qrafik və digər şərtlər:

  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2
  • İş yeri: Pullman otel (Badamdar) və müəyyən vaxtlarda mərkəzi anbar (Tblisi prospekti)
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq 
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur

Qeyd: müraciət zamanı mövzu başlığında vakansiyanın adını və məktubda minimal gözlənilən əmək haqqını qeyd etmək tövsiyyə olunur.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi