Korporativ Satış Meneceri

  • Javiddo Group
  • Elanın qoyulma tarixi: 10.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mənfəət və yüksək satışa nail olmaq üçün biznes planları və satış strategiyasının hazırlanması;
  • Şirkətin biznes planına uyğun olaraq illik və aylıq satış hədəflərinin müəyyən edilməsi;
  • Şirkətin ümumi biznes planları və strategiyaları üzrə məqsədlərinə nail olmaq üçün şirkət müştərilərinin tələblərini uğurla yerinə yetirmək;
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasını idarə edilməsi;
  • B2B sahəsi üzrə satış hədəflərinin planlaşdırılması və idarə edilməsi;
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
  • Müştəri məlumat bazasının yığılması və davamlı təkmilləşdirilməsi;
  • Potensial müştərilərə satış təqdimatların hazırlanması və təqdim edilməsi;
  • Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;

Tələblər və bacarıqlar:

  • Ali təhsil (Biznesin idarə edilməsi, satış və ya marketinq üzrə olması üstünlükdür);
  • Korporativ satış sahəsində ən az 5 il iş təcrübəsi (Nəqliyyat vasitələri və ya avto ehtiyat hissələri satışı üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Ölkədaxili və ölkəxarici ezamiyyətə gedə bilməli;
  • MS Office proqramlarından (xüsusilə, Excel, Word, PowerPoint) sərbəst istifadə bacarığı;
  • Ünsiyyət bacarığı, müştərilərlə məmnunluq səviyyəsinin qorunub saxlanılması;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Təşəbbüskar və yaradıcılıq;
  • Rəqib şirkətlərdən ve trendlərdən xəbərdar olmaq;
  • Təşkilatçılıq bacarığı;
  • Vaxtın düzgün idarə olunması bacarığı;
  • Təzyiq altında işləmə bacarığı;

Biz təklif edirik:

  • Şəxsi inkişaf imkanı;
  • Rəqabətli əməkhaqqı: fiks + satışdan faiz (əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq);
  • Korporativ görüşlər zamanı nəqliyyat ilə təmin olunma;
  • Telefon və korporativ nömrə;
  • Ofisdə nahar yeməyi (şirkət hesabına), çay/qəhvə;
  • İş qrafiki: Bazar ertəsi-Cümə günləri 09:00-18:00, Şənbə günü 09:00-16:00;
  • İş yeri: Azərbaycan, Bakı şəh., Xırdalan dairəsi

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “B2B Sales Manager” vakansiya adını və CV-də şəxsi məlumatlar hissəsində əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər.