İşin təsviri
Namizəddən Tələblər:
- Yaş: 25-35
- Layihələrin idarəedilməsi sahəsində minimum 4 il təcrübə (layihələrin portfoliosu);
- Təlimlərin təşkili və idarəolunması üzrə təcrübə arzuolunandır;
- Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya arzuolunandır (PMP, PRINCE2 və s.);
- İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil;
- Sahibkarlıq, biznesin idarə olunması, satış, marketinq sahələri üzrə məlumatlılıq;
- Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
- Layihələrin idarəetmə və təqdimat bacarığının olması;
- Analitik və strateji düşüncə, həmçinin güclü araşdırma qabiliyyəti;
- Stresə davamlılıq;
- Vaxtın düzgün idarə edilməsi bacarıqları;
- Komandanın idarə edilməsi bacarıqları;
- Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus və ingilis dillərini bilməsi arzuolunandır;
- MS Office proqramlarından mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).
Vəzifə Öhdəlikləri:
- Layihənin icra planının və proseslərin planlaşdırılması, icrası və monitorinqi;
- Verilmiş layihələrin tələb və məqsədlərinə uyğun olaraq risk cədvəlinin və digər zəruri sənədlərin hazırlanması;
- Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
- Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
- Komanda üzvlərinin vəzifələrini, rollarını və funksiyalarını müəyyənləşdirilməsi, işlərin effektiv şəkildə aparılmasına nəzarət edilməsi;
- Tələb olunan sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması;
- Gündəlik, həftəlik, aylıq iş planının qurulması və monitorinqi;
- Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq qabağlayıcı tədbirlərinin görülməsi;
- Layihələrin mütəmadi monitorinqinin aparılması və bütün məqamlarla bağlı məlumatların detallı şəkildə aidiyyatı şəxslərə ötürülməsi;
- Layihə üzrə görülmüş işlər üzrə hesabatların verilməsi;
- Layihənin icrası zamanı lazımi bütün sənədlərin hazırlanması və hər bir layihə üzrə təhvil-təslim prosesinin təmin edilməsi;
- Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi və nəzarəti.
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Layihələrin və təlimlərin idarəedilməsi üzrə menecer” qeyd etmələri xahiş olunur.
Qeyd: CV hazırlamaqda çətinlik çəkən şəxslər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, peşəkar CV üçün önəmli məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilərlər.
Əmək haqqı: 1500 AZN
İş qrafiki: 6 gün
Email: [email protected]