İşin təsviri
                
                
                                
                Tələblər:
	- Yaş: 20-40;
 
	- Təcrübə: Tibbi nümayəndə olaraq minimum 1 il iş təcrübəsi mütləqdir (Dermatoloji məhsullar üzrə təcrübənin olması üstünlükdür);
 
	- Dil bilikləri: Azərbaycan dili və rus dili biliyi mütləqdir;
 
	- Şəxsi maşının olması üstünlükdür;
 
	- Effektiv kommunikasiya və təqdimat bacarığı.
 
Vəzifə öhdəlikləri:
	- Gündəlik olaraq tibbi müəssisələri və aptekləri ziyarət etmək;
 
	- Təyin olunmuş müvafiq dermatoloji məhsulların tibb müəssisələri və apteklərdə təqdimatı;
 
	- Dermatoloji məhsulların satışını təşkil etmək;
 
	- Məhsullara təlabat yaratmaq və satışını təşkil etmək;
 
	- Mütəmadi olaraq görülən işlər barədə hesabatın təqdim edilməsi.
 
İş şəraiti:
	- İş qrafiki: Tam iş günü
 
	- Əmək haqqı: 500 – 1000 AZN (Gross)
 
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Tibbi Nümayəndə” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.