Daxili audit və nəzarət şöbəsinin Aparıcı Mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyət istiqaməti üzrə İllik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
  • Risk reyestrinə əsaslanmış audit yoxlaması zamanı aşkar edilən məsələləri müzakirə edir və müvafiq qaydada həll yolları təklif edir;
  • İllik Audit planında audit  olunmalı fəaliyyətlərin yoxlamasını həyata keçirir və aşkarlanmış nöqsanların müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin edir;
  • Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində audit yoxlamalarını müəyyən olunmuş vaxt çərçivəsində həyata keçirir;
  • Yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirir;
  • Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verir; 
  • Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.

Tələblər:

  • Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
  • Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı; 
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • Vakansiya üzrə müraciətin son müddəti: 07 mart 2023-cü il
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsi – Aparıcı Mütəxəssis) qeyd edin.

Email: [email protected]