Kiçik mühasib

  • Heritus Group MMC
  • Elanın qoyulma tarixi: 07.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Bank və kassa ödənişlərinin həyata keçirilməsini təmin etmək ;
  • Bütün növ mühasibat əməliyyatlarının ERP (Logix və Siber) mühasibatlıq proqramına daxil edilmək ;
  • E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanmaq ;
  • Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək ;
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilmək ;
  • Aylıq debitor və kreditorlarla üzləşmələrin aparılmasında iştirak etmək ;

Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Maliyyə, mühasibatlıq, iqtisadiyyat, biznesin təşkili ixtisasları üzrə ali təhsil (Magistr təhsili olması üstünlükdür) ;
  • Azərbaycan, Türk , Rus və İngilis dili yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları ;
  • MS Office biliyi yaxşı səviyyədə bilmək ;
  • ACCA FA (mütləq) digər sertifikatlarının olması üstünlükdür ;
  • Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) ;
  • BTP proqramı, E-taxes,e-gov,e-sosial və digər portallardan istifadə etmək bacarığı ;
  • MS Office proqramlarında işləmək bacarığı (Xüsusilə - Excel ) .

Təcrübə: Mühasibatlıq üzrə min 1 il iş təcrübəsi .

Bacarıqlar: Məsuliyyətli və işində dəqiq, riyazi hesablama aparma ,analitik düşüncə, ünsiyyət bacarığı, çeviklik kimi qabiliyyətlər önəmlidir .

İş barədə məlumat:

Əmək haqqı: Müsahibə əsasında təyin olunur .

Təminatlar:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə ;
  • Həftə içi 5 gün (Bazar ertəsi-cümə) ;
  • Saat : 09:00-dan -18:00-dək ;
  • Nahar vaxtı 13:00-14:00 ;
  • Nahar ilə təmin edilmə ;
  • Mobil rabitə xidməti ilə təmin olunması .

Vakansiya üçün müraciət etmək istəyən uyğun namizədlər öz CV formasını elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “Kiçik mühasib” sözləri qeyd edilməlidir).

Email: [email protected]

Heritus Group MMC tərəfindən digər vakansiyalar