Tur operator

İşin təsviri

Namizədə tələblər:

  • Yaş həddi :25-35 yaş
  • Cins: Xanım
  • Turizm sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Amadeus rezervasiya sistemləri üzrə sertifikat və təcrübə;
  • Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı;
  • İngilis və rus dilləri biliyi (üstünlük təşkil edir);
  • Kompüter bilikləri (MS Office proqramları);
  • Yüksək ünsiyyət və müştəri ilə işləmə bacarığı;
  • Problem həll etmə və qərar qəbul etmə bacarığı;
  • Komanda işinə hazırlıq;
  • Səliqəli və məsuliyyətli olmaq.
  • Özünün müştəri bazası olanlara üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:

  • Müştərilərə səyahət planlaşdırması və rezervasiyası sahəsində yüksək səviyyədə dəstək vermək;
  • Aviabiletlərin, otellərin, turların və digər səyahət xidmətlərinin rezervasiyasını həyata keçirmək;
  • Müştəri sorğularına operativ cavab vermək və problemlərin həllini təmin etmək;
  • Səyahət sənədlərinin hazırlanması və müştərilərə çatdırılması;
  • Turizm bazarını izləmək və yeniliklərdən xəbərdar olmaq;
  • Şirkətin daxili prosedurlarına riayət etmək.

Biz təklif edirik:

  • İş qrafiki: 09:00-18:00;
  • 5 günlük iş qrafiki;
  • Korporativ nömrə;
  • Əmək haqqı müsahibə zamanı təyin olunacaq;
  • Əmək müqaviləsi əsasında rəsmi qeydiyyat;
  • Karyera inkişafı imkanları;
  • Gənc və dostluq dolu kollektiv.

Əgər özünüzü təsvir olunan tələblərə uyğun görürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.