İnsidentlərin İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Şikayətlərin sona qədər idarə olunması/həlli və "Bankların şikayətlərin idarə edilməsi sistemi"nin monitorinqi;
  • Şikayətlərin həmin sistemdə qeyd edilməsi, doğru icraçılara təyin edilməsi və mümkün olan ən qısa müddətdə həlli;
  • Sistemə daxil olan sorğu və şikayətlərin araşdırılması, icrası, müştərilərə nəticə ilə bağlı məlumatın təqdim edilməsi;
  • Filiallarda yerləşən şikayət qutularından müştəri şikayətlərinin toplanılması, onların sistemə daxil edilməsi;
  • Bütün kanallardan daxil olan şikayət, təklif və sorğuların reyestrə salınması, təhlili və təkmilləşdirmə ilə bağlı tövsiyələrin verilməsi;
  • Sorğu və şikayətlər üzrə aylıq hesabatın hazırlanması;
  • Mərkəzi Banka göndəriləcək müştəri müraciətləri üzrə hesabatın hazırlanması;
  • Açıq qalan (icrada olan) müraciətlər üzrə müştərilərə məlumatın təqdim edilməsi;
  • Müştərilərə göstərilən xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədilə təkrarlanan problemlərin monitorinqi və eskalasiyası;
  • Müvafiq hesabatların (departament daxili və idarə etmə hesabatları) hazırlanması;
  • Proses/qayda/təlimatların hazırlanması, yenilənməsi və nəzərdən keçirilməsi;
  • "Complaint management" sisteminin texniki inkişafı üzrə təkliflərin verilməsi;

Sizdən nə tələb olunur?

  • Təhsil: bakalavr dərəcəsi
  • Təcrübə: minimum 2 il bank və ya BOKT təcrübəsi.
  • Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.
  • Məhsul biliyi: şikayət proseduraları ilə əlaqəli qanunvericiliyin nəzəri və praktik bilikləri; keyfiyyətə nəzarət və şikayətlərin idarə edilməsi sistemləri ilə iş təcrübəsi.
  • Digər: güclü analitik və problem həll etmə, risk qiymətləndirmə, qərar qəbul etmə, hesabat hazırlama, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarıqları.

 

https://glorri.com/pashabank/63dd3689abd87f4e2ef0815e-%C4%B0nsidentl%C9%99rin%20%C4%B0dar%C9%99%20Edilm%C9%99si%20%C3%BCzr%C9%99%20Ki%C3%A7ik%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources

İşəgötürənin reytinqi