Böyük mühasib

  • STP Global Cable
  • Elanın qoyulma tarixi: 27.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
  • Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis dili biliyi;
  • ACCA sertifikatlarının olması üstünlükdür.
  • İstehsalat sahəsində mühasibatlıq təcrübəsi arzu olunandır.

Hansı işləri görəcəksiniz:

  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinə nəzarət emək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirilməsinə nəzarət;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi və nəzarətin təşkil edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti;
  • DSMF, Statistika ilə bağlı hesabatların göndərilməsi və digər işlərin aparılması;
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;
  • Pul vəsaitlərinin hərəkəti və maliyyə vəziyyəti haqqında aylıq hesabatın hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • İstehsalat uçotunun düzgün təşkili.

Nə əldə edəcəksiniz?

  • Regionun ən böyük sənaye şirkətlər qrupunda işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük mühasib” yazaraq 27.02.2023- ci il tarixinədək göndərilməsi xahiş olunur. 

Email: [email protected]